"Zirə"nin baş məşqçisi "onunla problemim yoxdur" dedi

8 Mart 2020 19:10 Zirə 769
"Zirə"nin baş məşqçisi "onunla problemim yoxdur" dedi

“Son turlar "Səbail" inamlı çıxış edirdi. Biz isə 4 turdur qələbə qazana bilmirdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Səbail"lə oyundan sonra mətbuat konfransında deyib.

O, 3:1 hesablı qələbəni belə şərh edib: "Oyuna yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyunda əlaqələri qaydasına saldıq və qələbə qazana bildik".

Z.Həşimov oyuna sonradan daxil olaraq qol vuran Şafik Tiqrudjaya qış fasiləsindən sonra az şans verməsindən danışıb. O, fransalı yarımmüdafiəçi ilə heç bir probleminin olmadığını bildirib: "Sadəcə, uzun müddətdir zədəli idi, sağaldı, amma yenidən xəsarət aldı. İndi tədricən sıraya dönür".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı