"Mənim üçün çətin olacaq"

8 Mart 2020 11:20 Zirə 625
"Mənim üçün çətin olacaq"

"Hər həftə olduğu kimi, bu oyuna da tam ciddi hazırlaşmışıq.

Son turlarda yaxsi çıxış eden, yüksəlişdə olan rəqibə qarşı oynayacağıq. Bizim uçun çətin səfər oyunu olacaq".

Bu sözləri Sportinfo.az-a "Səbail"lə qarşılaşacaq "Zirə"nin hücumçusu Ağabala Ramazanov deyib

Emil Balayevin "Zirə"yə güc qatacağını düşünən Ramazanov sözlərinə belə davam edib: "Amma çox top buraxmağımızda tək günahkarın Orxan olmasını düşünmürəm. Əgər biz neçə tur məğlub olmuşuqsa, bunda hamımızın günahı var".

Qış fasiləsində "Səbail"i "Zirə"yə dəyişən forvard əvvəlki komandasına qarşı çıxışı haqda bunları deyib: "Mənim üçün çətin olacaq. Çünki "Səbail"də çıxış edən futbolçular məni yaxından tanıyır".

Digər Xəbərlər
Xəbər Lenti