Rafael onu "silən" "Zirə"nin baş məşqçisinə nələr dedi?

7 Mart 2020 19:42 Zirə 1 444
Rafael onu "silən" "Zirə"nin baş məşqçisinə nələr dedi?

"Zirə"nin cinah müdafiəçisi Rafael Məhərrəmlinin Sportinfo.az-a müsahibəsi

- Rafael, hazırda əsas komandada məşq edirsən, yoxsa əvəzedicilərdə?

- Əvəzedicilərdə

- Samir Abasovun dövründə daim əsas heyətdə yer alırdın. Sonra nə dəyişdi?

- Hər məşqçinin futbola fərqli baxış tərzi var.

- İlk 7 turda komandanın ən yaxşılarından olub, amma bir andaca ehtiyat skamiyaya göndərilmək bir gənc futbolçu kimi sənə necə təsir etdi?

- Təbii ki, xoş təsir bağışlamadı. Ancaq məşqçi belə düşünürsə, mən müdaxilə edə bilmərəm

- Olanlar psixoloji olaraq məşqlərə yanaşmana, gələcəyə nikbin baxmağına mane olmur?

- Xeyir, mane olmur. Əksinə iki qat motivasiya ilə məşq edirəm. Məşqlərə daha ciddi yanaşıb əlavə məşqlər də edirəm. Qarşıda millinin oyunları var o zamana kimi tam hazır olmağa çalışacam.
İnanıram ki, hər şey yaxşıya doğru dəyişəcək

- Əsas komandaya geri dönəcəyinə ümid edirsən?

- Hər şey baş məşqçinin qərarından asılıdır. İnşallah geri dönərəm

- Mövsümün sonuna kimi bu baş verməsə, "Zirə"dən ayrılmaq haqda düşünürsən?

- Onu dəqiq deyə bilmərəm. Hələ ki, "Zirə"də qalmağı düşünürəm çünki burada hamı mənə doğmadı. Komandam üçün ən yaxşısı nədirsə onu istəyirəm.

- "Zirə"nin çıxışı haqda nə deyə bilərsən? Səncə, komanda niyə uğursuzluq zolağından çıxa bilmir?

- Bu suala cavab tapmaq çətindi. Ümid edirəm ki, tezliklə uğursuzluq zolağından cıxarıq

- Rafael, öncə ehtiyat skamiyaya, sonra da əvəzedicilərə göndərilməyinlə bağlı Zaur Həşimovun səninlə hansısa söhbəti olubmu?

- Xeyir, olmayıb

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti