AFFA "Zirə"nin söyüşcül kapitanının "qələmini qırdı"

18 Fevral 2020 13:38 Zirə 1 086
AFFA "Zirə"nin söyüşcül kapitanının "qələmini qırdı"

AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Cavid Hüseynovu 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVII turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşün 67-ci dəqiqəsində hakimi təhqir edib və birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qəsəbə təmsilçisi bu səbəbdən 3200 manat məbləğində cərimələnib.

Komitə "Qəbələ"nin futbolçusu Fernan Lopezə isə bir oyunluq cəza kəsib. 25 yaşlı ispaniyalı yarımmüdafiəçi "Səbail"ə 1:3 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Əyalət təmsilçisi bunun üçün 200 manat ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti