Azərbaycan klubunun avtobusu sərhəddə saxlanıldı və…

10 Yanvar 2020 17:10 Zirə 2 765
Azərbaycan klubunun avtobusu sərhəddə saxlanıldı və…

"Zirə" bir neçə gündür Türkiyədədir. "Qartallar" qış hazırlığının əsas mərhələsi üçün Antalyaya yollanıb.

Sportinfo.az-ın məlumatına görə, komandanın ixtiyarında olan avtobus qonşu ölkəyə buraxılmayıb.

Nəqliyyat vasitəsi sərhəddə saxlanılıb və geri qaytarılıb. Kluba məxsus inventarı və digər əşyaları daşıyan avtobusun sənədləri qaydasında olmayıb.

Gömrük xidməti müəyyənləşdirib ki, "Zirə"nin ixtiyarındakı avtobus "Şüvəlan" Futbol Klubunun qeydiyyatındadır. 2019-cu ilin yayında fəaliyyətini dayandıran "təyyarəçilər" onu "qartallar"a versə də, sənədləşmə aparılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti