"Zirə" London "Arsenal"ının yetirməsini baxışa çağırdı

9 Yanvar 2020 15:33 Zirə 1 889
"Zirə" London "Arsenal"ının yetirməsini baxışa çağırdı

Qış təlim-məşq toplanışını Antalyada keçirən "Zirə" müdafiə xəttini gücləndirmək məqsədilə düşərgəyə yeni legioner cəlb edib.

Sportinfo.az-ın məlumatına görə, bu, London "Arsenal"ının yetirməsi Ali Sisaydır.

Syerra-leone əsilli ingilis müdafiəçi hazırda Qəsəbə təmsilçisinin düşərgəsində baxışdadır. Son vaxtlar oyun təcrübəsindən əziyyət çəkən 25 yaşlı legionerlə birbaşa müqavilə bağlamağa tələsməyən "Zirə" ona özünü göstərmək şansı verib.

"Arsenal"dan sonrakı karyerası - 2013/2016-ci illərdə "Lester"in heyətinə cəlb edilən Sisayın son klubu Bolqarıstanın yüksək liqa təmsilçisi "Arda" olub.

İngiltərədə - Enfilddə dünyaya göz açan futbolçu tarixi vətəni Syerra Leone millisinin hyeyətində 4 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı