İndi hamı bu sualı verir: Kimdir müqəssir? - VİDEO

19 İyul 2024 11:40 Zirə 2 164
İndi hamı bu sualı verir: Kimdir müqəssir? - VİDEO

"Heyf… Ovcumuzun içində olan turu heç nədən "Şerif"ə verdik.

Matçı iki hissəyə bölmək olar: qırmızı vərəqəyədək və ondan sonrakı period. Təcrübəsizlik sözünü dedi.

"Zirə" taktiki və mental olaraq oyunu uduzdu. "Şerif"i oynamağa məcbur etdik. Ümumi götürdükdə, 2:0-lıq üstünlükdən turu rəqibə vermək təəssüfləndiricidir"

Bu açıqlama "Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Zirə" -"Şerif" matçı (1:2) barədə danışıb, qəsəbə klubunun mübarizəni dayandırmasına sərt reaksiya verib.

Qeyd edib ki, Şeris Sumanın aldığı qırmızı vərəqə komandanın ruh yüksəkliyini sanki əlindən aldı:

"Təmsilçimiz 10 nəfər qaldıqdan sonra çox zəif reaksiya göstərdi. Qorxdu, topu rəqibə verib ancaq müdafiə olunmağı seçdi.

Hücum fazasında, demək olar ki, görsənmədi. Geri dönən toplara da "Şerif" sahib oldu.

Bir sözlə, Moldova klubuna turu əlimizlə, əzmkarlıq göstərmədən hədiyyə etdik".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA