AFFA "Zirə"nin sahibinə nə təklif etdi?

26 Dekabr 2019 20:50 Zirə 1 464
AFFA "Zirə"nin sahibinə nə təklif etdi?

2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı keçiriləcək,

İcraiyyə Komitəsi qərar qəbul edib ki, federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun.

Sportinfo.az-ın məlumatına görə, qurum İcraiyyə Komitəsinin üzvlərinin sayını 11-dən 13-ə artırmağı planlaşdırır. Belə ki, klublara daha bir yer verilməsi nəzərdə tutulub.

Hazırda “Qarabağ” (Qurban Qurbanov), “Neftçi” (Elşad Nəsirov), “Sumqayıt” (Vaqif Sadıqov) və “Keşlə” (Zaur Axundov) İK-da təmsil olunur.

Rauf Əliyev artıq mövcud olmayan AZAL xətti ilə seçilib, Axundov isə Sahə Futbol Federasiyasının namizədidi, Zaur bəy “Keşlə”nin Müşahidə Şurasının sədri olduğundan onu həm klubun, həm də paralel rəhbərlik etdiyi Futzal Federasiyasının nümayəndəsi saymalıyıq.

Komitədə təmsil olunması istənilən iki yeni şəxsdən biri AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinin sədri Nailə Rüstəm-zadədir. Baş katib Elxan Məmmədov onu qadın futbolu xətti ilə komitəyə qatmaq niyyətindədi.

AFFA-nın İK-də görməsini istədiyi digər şəxs isə "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovdur. O, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktorudur.

2014-cü ildə "Zirə"ni yaradan O.Məmmədov gənc və perpektivli kadr kimi vəzifə pillələrində sürətlə irəliləyir. Ötən 5 ildə futbol sahəsində göstərdiyi məqsədyönlü fəaliyyət fəxri prezidentin AFFA-dan daha çox diqqət görməsini labüd edir.

Baxmayaraq ki, onun özünün federasiyanın başına keçmək kimi bir niyyəti yoxdur, amma hamı bilir ki, Orxan bəy idarəetmə sistemində yeniliyin və təkmilləşmənin tərəfdarıdır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!