Sabiq müdafiəçisinin vəfatı ilə bağlı başsağlığı verdi - "Zirə"

17 Aprel 2024 08:30 Zirə 994
Sabiq müdafiəçisinin vəfatı ilə bağlı başsağlığı verdi - "Zirə"

"Zirə" sabiq futbolçusu Jozef Bumun vəfatı ilə bağlı başsağlığı yayıb.

Sportinfo.az xəbər verir ki, klubun yaydığı başsağlığı mətnində deyilir:

“Zirə” PFK sabiq futbolçusu Jozef Bumun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!"

35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin ölüm səbəbi barədə məlumat yoxdur.

Jozef Bum 2017/2018-ci illər mövsümündə “Zirə”nin formasını geyinib. O, Kamerun klubları ilə yanaşı Türkiyədə "Mersin İdmanyurdu" və "Antalyaspor"da da çıxış edib.

Jozem Bum "Zirə"dən ayrıldıqdan sonra heç bir klubda oynamayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu