“Heç kimdən qorxmağa əsasımız olmadığını göstərdik”

12:40 Zirə 73
“Heç kimdən qorxmağa əsasımız olmadığını göstərdik”

“Paide”nin hücumçusu Henri Anier Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunun ilk oyununda Paarnuda “Zirə” üzərində qazanılmış 1:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az “Soccernet”ə istinadən xəbər verir ki, təcrübəli forvard komandasının növbəti mərhələ şanslarını da dəyərləndirib:

"Oyundan əvvəl “Zirə”nin aşkar favorit olması barədə söhbətlər gedirdi. Amma biz heç kimdən qorxmağa əsasımız olmadığını göstərdik.

Təvazökar qalmalıyıq, amma bu gün də matçın gedişində inkişaf etdiyimizi göstərdik. Azərbaycanda isti olacağını unutmamaq lazımdır.

Şəxsən mən Asiyada beş il ərzində buna öyrəşdiyim üçün istidən qorxmuram. Bizi çətin sınaq gözləyir, amma komandama inanıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!