Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Kups" və "Sabah" arasında görüşün hakim təyinatları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanı İsraildən olan referi Qal Leyboviç idarə edəcək.
Ona həmyerliləri Roy Hassan və Yossi Babayoff kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dekel Zino yerinə yetirəcək.
Matçda VAR hakimi Daniel Bar Natan, AVAR funksiyasını isə Eitan Şmuelevits icra edəcək.
"Kups" – "Sabah" cavab görüşü iyulun 28-də Finlandiyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bakıda baş tutan ilk oyunda "Sabah" 1:0 hesabı ilə qalib gəlib.

