"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq" - "Zirə"li Rikardo

02:00 Zirə 93
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq" - "Zirə"li Rikardo

"Zirə"nin yarımmüdafiəçisi Rikardo Martins Konfrans Liqası 2-ci təsnifat mərhələsində "Payde"yə qarşı keçirəcəkləri ilk oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 30 yaşlı futbolçu deyib:

"Baş məşqçimizin də qeyd etdiyi kimi, bizi təcrübəli komandaya qarşı oyun gözləyir. Oyuna yaxşı hazırlaşmışıq.

Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bunun üçün ilk addımı sabah atmalıyıq".

Bu gün Estoniyadakı Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!