Gürcüstan təmsilçisi “Torpedo Kutaisi”ni sıradan çıxaran “Zirə” Estoniya səfərinə hazırlaşır.
“Qartallar”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Payde”dir.
“Zirə” Kutaisidə Ramaz Şengeliyanın adını daşıyan stadionda dəstəksiz qalmışdı. Çox sayda azərbaycanlıların yaşadığı Gürcüstanda qəsəbə komandasını tribunalardan istilik hiss etməmişdi.
Lakin bu dəfə fərqli olacaq.
Avropada yaşayan azərbaycanlılar “Zirə”yə dəstək nümayiş etdirmək üçün oyun günü stadionun yolunu tutacaq.
Siyahıya Estoniyada və digər yaxın ölkələrdə yaşayan soydaşlarımız daxildir. Saylarının 50-100 arası olacağı dəqiqdir. Hətta artıq olmaq ehtimalı daha çoxdur.
Ayrı-ayrı şəxslər sosial şəbəkə platformalarında çağırışlar edərək stadiona birlikdə yollanacaqlarını göstərirlər. Hətta bununla bağlı klub rəsmilərinə müraciət edənlər də olub.
İyulun 23-də Pyarnu şəhərindəki “Rannastaadion”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

