“Zirə” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Neftçi”ni qəbul edib.
Sportinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matç haqda danışan “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bir-birinə layiq iki komandanın qarşılaşdığını bildirib:
“Bilirdik ki, maraqlı və gərgin oyun olacaq. Bir-birinə layiq iki komanda qarşılaşırdı.
Oyuna yaxşı başlamadıq. 15-20-ci dəqiqədən sonra isə komanda daha yaxşı təsir bağışladı.
Futbolçularımı təbrik edirəm. Üç gündən sonra vacib oyunumuz var, ona hazırlaşacağıq.
Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, oyundan sonra “Neftçi”nin futbolçularından üzr istədim. Rəqib oyunçular Konatenin sevincinə görə aqressiv davrandılar.
Epizodun təkrarına baxmamışam. Bilmirəm oyundankənar vəziyyət var idi, ya yox. Paltardəyişmə otağından birbaşa bura gəlmişəm”.

