Rəşad Sadıqov niyə “Neftçi”dən üzr istədi? - VİDEO

12:20 Zirə 205
Rəşad Sadıqov niyə “Neftçi”dən üzr istədi? - VİDEO

«Zirə»nin üzərindən «oyun» qurulub yenə.

Gözdənsalma aksiyasının növbəti tamaşası səhnəyə qoyulub.

Adlarını hakimlərlə çiyin-çiyinə hallandırmaqla.

Belə bir fon yaradılır ki, «Zirə»nin kubokda finalın biraddımlığında olması, Premyer Liqada dördüncü yeri əlində saxlaması birbaşa hakimlərlə əlaqədardır.

«Neftçi» ilə 1:1 bitən qarşılaşma fürsətcillər üçün göydəndüşmə oldu. İnqilab Məmmədovun Brahim Konatenin son dəqiqələrdəki qolunu saymasıyla

Rəşad Sadıqovun «Neftçi» tərəfindən üzr istəməsi arasında vaxt bir neçə dəqiqə çəkdi. O, bu hərəkəti ilə «plan» quranlara bir mesaj göndərdi, əslində.

Qol oyundankənar vəziyyətdən vurulduğunu istisna etmədi. Üzü tribunaya tərəf olduğu üçün həmin epizodu görmədiyini də söylədi.

Stadionda o qədər kamera var, çəkiliş var, Sadıqov yalan deməz.

«Neftçi»nin haqlı etirazına «Zirə»nin baş məşqçisinin anlayışla yanaşması bir həqiqətə də işıq salır - məgər bu kimi hallar yalnız onların arasındakı oyunlarda baş verir?

«Neftçi» cari mövsümdə dəfələrlə hakimlərinə qərəzli münasibətindən zərər-ziyan görüb. Həmin faktlar üst-üstə toplansa, bir kitabça halına gətirmək olar.

Rəşad Sadıqov bu futbolun içində böyüyüb. Sahənin cikini də bilir, bikini də.

Onun aldanması və aldadılması qeyri-mümkündür. Təbii ki, özü istəməsə.

Üzr istəməsi də Sadıqov tərəfindən vaxtında atılmış addımdır.n

Aranı məqsədli şəkildə qızışdırmağa çalışanlara bir açıqlama ilə çatdırdı - sizlərin işləklərizdən xəbərdarıq, yatmamışıq!

Sadıqova məlumdur ki, İnqilab Məmmədovun verdiyi hoqqa üçüncü tərəfin əməlidir. «Zirə»yə iki-üç oyunda hakim simpatiyası olubsa, beş-on oyunda xalını əlindən alıblar, uduzdurublar.

Mətbuat konfranslarının analizini aparsaq, görərik ki, hakimlik mövzusunda ən çox şikayət edən iki-üç baş məşqçidən biridir o.

Heç debütant «İmişli» ilə «Karvan» da «Zirə» qədər ağzında fit, əlində bayraq gəzdirənlərdən bu qədər zərbə almayıb.

«Neftçi» ilə oyun da daxil, son həftələrdəki proseslər «Zirə»yə qorxulu sabah vəd edir. Bir azdan Rəşad Sadıqovun komandasına qarşı «səlib yürüşü» başlayacaq.

Adətən, üçüncü qüvvə «ssenari»ni bu cür yazır - əvvəlcə görüntü yaradır, fikri əsl məqsəddən yayındırır, sonra isə qurşaqdan aşağı elə zərbə endirir, qalırsan yana-yana, partlaya-partlaya, «hıq» da eləyə bilmrsən heç.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!