"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Eren Aydın mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, "Zirə"nin türkiyəli hücumçusu Misli Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə görüşünün fasiləsində təltif olunub.
Ona mükafatı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

