"Zirə" sonda qurtuldu, "Neftçi" fəryad qopardı - VİDEO

00:50 Zirə 79
"Zirə" sonda qurtuldu, "Neftçi" fəryad qopardı - VİDEO

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə “ağ-qaralar”ın qolunu 63-cü dəqiqədə İmad Faraj vurub. 90+5-ci dəqiqədə isə “qartallar”ın futbolçusu Brahim Konate hesabı bərabərləşdirib.

Bundan sonra oyunda qarışıqlıq düşüb, qonaqlar referini qolu yoxlamaq üçün VAR-a getməsini tələb etsə də, İnqilab Məmmədov qolu qeydə alıb.

Nəticədə “Neftçi”nin baş məşqçisi Yuri Vernidub və “Zirə”nin məşqçisi Ağabala Ramazanov qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 44-ə çatdıraraq turnir cədvəlinin 5-ci, Rəşad Sadıqovun kollektivi isə 45 xalla 4-cü pilləsində yer alıb.

"Zirə" - "Neftçi" 1:1
Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zöhrab Abbasov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: İssa Cibrila, 50 (qeyri-idman hərəkəti); Leroy Mikels, 86 (hakimin qərarına etiraz); Brahim Konate, 90+5 (qeyri-idman hərəkəti) // İmad Faraj, 45 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 88 (qeyri-idman hərəkəti); Emil Balayev, 90+5 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rəşad Sadıqov, 50 (hakimin qərarına etiraz) // Vitali Vernidub, 39 (hakimin qərarına etiraz); Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Breno Almeyda, 90+5 (təcavüzkar davranış)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+6 (rəqib texniki zonaya daxil olduğu üçün) // Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz); Dmitro Kara Mustafa, oyundan sonra (meydançaya daxil olub hakimin qərarına etiraz etdiyi üçün)
Qollar: Brahim Konate, 90+4 // İmad Faraj, 64
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Zirə”
97. Tiaqo Silva
73. Anatoli Nuriyev
(93. Brahim Konate, 46)
32. Qismət Alıyev (k)
4. Ruan Renato
25. Enrike Kustodio
9. Davit Volkov
(28. Leroy Mikels, 62)
30. Rikardo Martins
(8. İsmayıl İbrahimli, 69)
20. İssa Cibrila
(10. Giorgi Papunaşvili, 69)
5. Ange Mutsinzi
17. Ayron Qomis
22. Eren Aydın
(11. Junior Martins, 79)
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
26. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
(23. Cordan Rezabala, 74)
15. Elvin Bədəlov
7. Emil Səfərov
77. Falaye Sako
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
(6. Sessi Dalmeyda, 84)
33. Breno Almeyda
(47. Murad Məmmədov, 87)
11. İmad Faraj
(70. Andrey Ştoqrin, 74)
10. Freddi Varqas
(45. Vensan Abubakar, 87)
Ehtiyat oyunçular:
1. Emil Balayev
81. Məhdi Həsənov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanskiy
14. Edvin Kuç
22. Luis Ortis
28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"