Ruandada Mikels qardaşlarının başına and içirlər.
Karyerasının ən parlaq dönəmini Azərbaycanda yaşayan Coy-Lens Mikelslə Leroy Mikels “FİFA Series-2026” turnirinə damğa vurmağı bacardı.
Digər qardaş Coy-Slayd Mikels əsasən əvəzedici statusunu daşıyırdı. Lakin Coy-Lenslə Leroy...
“Zirə”nin üzvü Qrenada ilə görüşdə mükəmməl qola imza atdı, Estoniya ilə matçda ilk qol vurdu, nəticədə turnirin ən yaxşı oyunçusu adını qazandı.
Premyer Liqamızın bombardiri olan Coy-Lens isə Qrenada ilə dueldə qol ötürməsi verməklə alqış qazandı.
Ruanda millisində debüt edərək kubokun qazanılmasında əsas pay sahiblərindən olan qardaşlar Afrika ölkəsində qəhrəman və xilaskar kimi qəbul olunur.
Stadiona toplaşan 50 minə yaxın azarkeşin onlara olan sevgisini görmək üçün təqdim etdiyimiz videonu izləmək kifayət edir.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

