"Zirə"nin yarımmüdafiəçisi İssa Cibrila Premyer Liqanın 27-ci turunda "Sabah" ilə bərabərliklə bitən (2:2) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Oyun barədə nələr deyə bilərsən?
- Güclü “Sabah” komandasına qarşı gərgin keçən bir oyun idi. Oyunda yaxşı məqamlar göstərdik və sona qədər rəqabətdə qalmaq üçün böyük xarakter nümayiş etdirdik.
- Bu gün bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Təbii ki, hesabda önə keçəndə və ya üç xalı qazanmaq şansının olduğunu hiss edəndə heç-heçə həmişə bir az qarışıq hisslər yaradır. Amma müsbət tərəfləri götürmək və bu dinamikanı davam etdirmək lazımdır.
- Sənə qarşı qayda pozuntusuna penalti verilməməsi çox müzakirə olundu. Hakimin qərarını necə şərh edərdin?
- Həmin epizodda, məncə, penalti var idi. Amma hakim qərarları futbolun bir hissəsidir. Buna hörmət etməli və diqqətimizi öz işimizə yönəltməliyik. Mənim rolum hansı şərait olursa-olsun komandaya maksimum kömək etməkdir.
- Bu dəfə “Sabah”a qarşı daha yaxşı oynadınız. Səbəb nə idi?
- Bu oyuna daha yüksək konsentrasiya, daha çox müsbət aqressiya və daha yaxşı taktiki anlayışla yanaşdıq. Komanda əvvəlki qarşılaşmalardakı səhvləri düzəltmək üçün çox çalışdı. Mən də zədədən sonra tədricən formaya düşürəm və yenidən komandaya kömək edə bildiyim üçün xoşbəxtəm.
XANOĞLAN İMANOV

