Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1.
Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüşün 52-ci dəqiqəsində Dieqo Balau qırmızı vərəqə alaraq “Şamaxı”nı azlıqda qoyub.
“Qartallar”ın qolunu 69-cu dəqiqədə Leroy Mikels, “şirlər”in heyətində isə 90+2-ci dəqiqədə Edqar Adilxanov fərqlənib.
Bu nəticədən sonra Rəşad Sadıqovun komandası 43 xalla turnir cədvəlinin 4-cü pilləsində, Ayxan Abbasovun kollektivi isə 31 xalla 8-ci yerdə qərarlaşıb.
“Zirə” - “Şamaxı" 1:1
Zirə İdman Kompleksinin stadionu, 300 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov
Dördüncü hakim: İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Qismət Alıyev, 57 (hakimin qərarına etiraz); Anatoli Nuriyev, 60 (qeyri-idman hərəkəti) // Rüfət Abbasov, 41 (qeyri-idman hərəkəti); Karim Rossi, 77 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 54 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Dioqo Balau, 53 (ciddi qayda pozuntusu)
Qollar: Leroy Mikels, 69 // Edqar Adilxanov, 90+2
Qolla nəticələnməyən penalti: Ruan Renato, 65
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
“Zirə”
97. Tiaqo Silva
8. İsmayıl İbrahimli
7. Rövlan Muradov
(32. Qismət Alıyev, 46)
4. Ruan Renato (k)
25. Enrike Kustodio
(20. İssa Cibrila, 57)
28. Leroy Mikels
10. Giorgi Papunaşvili
(29. Ceyhun Nuriyev, 88)
93. Brahim Konate
(73. Anatoli Nuriyev, 57)
5. Ange Mutsinzi
11. Junior Martins
(9. Davit Volkov, 57)
17. Ayron Qomis
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
14. Elçin Əlicanov
26. Stefan Aka
30. Rikardo Martins
22. Eren Aydın
Məşqçi: Vüqar Məmməd
“Şamaxı”
1. Rikardo Fernandes
5. Arsen Ağcabəyov (k)
2. Abdulla Rzayev
(80. Həbib İsmayılov, 89)
82. Rüfət Abbasov
9. Karim Rossi
(19. Abdullahi Şuaybu, 83)
10. Andrey Tirkoveanu
(7. Edqar Adilxanov, 70)
13. Rikardo Apolinario
(27. Emil Süleymanov, 83)
11. Dioqo Balau
4. Sezar Enrike
88. Rodriqo Fernandeş
(97. Oruc Məmmədov, 46)
44. David Santos
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov

