"Neftçi"nin adını eşidən "Zirə"nin məşqçisi: "Futboldur, hər şey ola bilər"

19:50 Zirə 87
"Neftçi"nin adını eşidən "Zirə"nin məşqçisi: "Futboldur, hər şey ola bilər"

"Zirə" Misli Premyer Liqasının 26-cı turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın məşqçisi Vüqar Məmməd matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamız çoxsaylı epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi.

- "Neftçi" ilə xal fərqiniz 3-ə düşdü. Bu haqda fikriniz necədir?

- Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

- Penaltini Ruan Renato vurdu. Bəs Qismət Alıyev deyildi əsas penalti vuran?

- Qismət və Ruan vurur. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti