"Biz də titul qazanmaq istəyirik" - "Qarabağ" və "Sabah"a yeni rəqib var

16:05 Zirə 142
"Biz də titul qazanmaq istəyirik" - "Qarabağ" və "Sabah"a yeni rəqib var

"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Turan Tovuz"u məğlub etdikləri (2:0) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunu qısaca necə şərh edərdin?

- Ağır oyun oldu. Rəqib fərqli sistemdə çıxış edir. Gücünü bilirdik. Biz də yaxşı oynadıq. Əlimizə düşən fürsətləri dəyərləndirib qələbə qazandıq.

- Əvvəlki oyunlardan fərqli bu dəfə daha yaxşı "Zirə" gördük. Nə dəyişmişdi, nəyi dəyişə bilmişdiniz?

- Fasilədə yaxşı taktiki məşqlərimiz oldu. Baş məşqçinin tapşırıqları bu cür rahat oynamağımıza yol açdı.

- Cütün taleyini ilk oyundaca həll etdiyinizi demək olarmı?

- Yox, belə düşünmürəm. Qarşıda daha bir oyun var. Rəqib güclüdür. Cavab görüşünə ciddi hazırlaşmaq lazımdır.

- Qısa müddətdə "Zirə" üçüncü dəfə finalda oynamağa yaxındır. Titul şanslarını necə qiymətləndirirsiniz?

- İlk növbədə finala çıxmaq lazımdır. Ondan sonra bu barədə düşünərik. Amma biz də titul qazanmaq istəyirik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti