Ölkə kubokunda uğurlu çıxış edən "Zirə" yarımfinal mərhələsinin ilk matçında "Turan Tovuz"u məğlub etməklə (2:0) final şanslarını bir xeyli artırdı.
"Qartallar"ı həm də Premyer Liqada gərgin mübarizə gözləyir.
Hazırda 4-cü pillədən yer alan Rəşad Sadıqovun komandasını "Neftçi" və "Araz-Naxçıvan" qarabaqara izləyir.
Belədə iki cəbhədə davam etmək çətin deyilmi?
Suala cavab olaraq Sportinfo.az-a açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli bunları deyib:
"Əlbəttə, ağırdı. Bu ay çətin qrafik bizi gözləyir. Amma iki yerdə də sona qədər mübarizə aparacağıq".
O, bundan sonrakı periodda hədəfə çatmaq üçün nəyin həlledici olacağını da sözlərinə əlavə edib:
"Maraqlı çempionat gedir. Hər oyun çox vacib olacaq. Daha çox mübarizəni deyərdim. Kim çox istəsə, çox mübarizə aparsa o da qazanacaq".
XANOĞLAN

