“Qalatasaray”ın sabiq hücumçusu “Qarabağ”la qarşılaşmaq istərdi, yoxsa..?

4 Aprel 23:20 Zirə 230
“Qalatasaray”ın sabiq hücumçusu “Qarabağ”la qarşılaşmaq istərdi, yoxsa..?

Sportinfo.az “Qalatasaray”ın sabiq hücumçusu, hazırda “Zirə”nin formasını geyinən Eren Aydının müsahibəsini təqdim edir:

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etdiniz. Oyun barədə nə deyə bilərsiniz?

- Çətin oyun alındı. Biz matça ciddi hazırlaşmışdıq. Çempionatda yaranan fasilə komandamız üçün faydalı oldu. Rəşad Sadıqov bizi bu görüşə çox yaxşı hazırlamışdı. Rəqibi yaxşı analiz etmişdik, çatışmayan cəhətlərini bilirdik. Həmçinin matça çox yaxşı motivasiya olmuşduq. Düşünürəm ki, gözəl oyun sərgilədik və layiqli qələbə qazandıq.

- Bu qələbədən sonra cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

- Məncə, finala yüksəlmək şansımız artıb. Lakin ikiqollu üstünlük cütün taleyinin həll olunması demək deyil. İkinci görüşü öz meydanımızda keçirəcəyik. Qarşılaşmaya çox ciddi hazırlaşmalıyıq. Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik.

- Matçda hesabı məhz siz açdınız. Qol vuracağınızı gözləyirdiniz?

- Mən hücumda oynayıram. Bu səbəbdən də hər matçda fərqlənməyə çalışıram. Lakin açıq deyim ki, qol vuracağımı hiss edirdim. Komandama faydalı olduğum üçün şadam.

- Finala yüksəlsəniz, həlledici qarşılaşmada “Qarabağ”la qarşılaşmaq istərdiniz, yoxsa “Sabah”la?

- Mənim üçün fərqi yoxdur. Çünki hər iki rəqib güclüdür. İstənilən halda finala kimin yüksəlməsindən asılı olmayaraq, qarşılaşma hər iki tərəf üçün çətin keçəcək.

- “Zirə”nin avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz? Sizcə, kubokdan şans daha çoxdur, yoxsa çempionatdan?

- Əgər finala çıxsaq, 95 faiz avrokuboklara vəsiqəni təmin edəcəyik. Lakin bu, çempionata qeyri-ciddi yanaşacağımız anlamına gəlməməlidir. Hər iki turnirdə sona qədər mübarizə aparacağıq.

- Çempionatda növbəti matçınız “Şamaxı”ya qarşıdır. Həmin oyundan gözləntiləriniz nədir?

- “Turan Tovuz”la matçda çox güc sərf etdik. İndi mütləq bərpa olunmalıyıq. “Şamaxı” yaxşı komandadır. Onlara qarşı oyunumuz heç də asan keçmir. Bununla belə, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti