"Zirə"nin legionerləri Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi “FİFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.
Sportinfo.az xəbər verir ki, Ruandanı Kiqali şəhərinin "Amoxoro" stadionunda keçirilən və 45 min tamaşaçının izlədəyi matçda komanda final görüşündə Estoniya millisi ilə üz-üzə gəlib.
Həm Mikels, həm də Mutsinzi oyuna start heyətdə çıxıb. Görüş Ruandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrenada ilə oyunda (4:0) millidə debüt edən və ilk qolunu vuran Leroy-Jak Mikels bu görüşdə də rəqib qapısına yol tapıb. O, həm də digər qolun ötürməsini edib.
30 yaşlı hücumçu bu oyunu ilə turnirin ən yaxşı futbolçusu seçilib.
Oyunda Leroy-Jakın Azərbaycanda çxış edən digər iki qardaşı - Coy-Lens Mikels ("Sabah") və Coy Slayd Mikels ("Karvan-Yevlax") də iştirak edib.
Coy-Lens start heyətdə, Coy Slayd isə sonradan meydana çıxıb.

