“Zirə”nin hücumçusu Leroy-Jak Mikels Ruanda yığmasında debüt edib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Qrenada ilə oyunda meydanda olub və 45+2-ci dəqiqəsində komandasının ilk qolunu vurub.
"Zirə"nin digər üzvü Anje Mutsinzi də Ruandanın heyətində növbəti matçına çıxıb. Leroy Mikelsin "Sabah"da oynayan qardaşı Coy-Lens Mikels də matçın iştirakçısı olub.
Azərbaycanda oynayan hər üç futbolçu meydana start heyətdə çıxıb. Oyunda Ruandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

