Görəsən, “Qarabağ”a qarşı oynamaq çətindir, yoxsa “Sabah”a? – Görün, nə deyir!

16:30 Zirə 154
Görəsən, “Qarabağ”a qarşı oynamaq çətindir, yoxsa “Sabah”a? – Görün, nə deyir!

“Sabah” cari mövsümdə inanılmaz performans nümayiş etdirməkdədir.

25 tur ərzində yalnız bir oyunda – “İmişli”yə 0:1 hesabı ilə məğlub olan “tələbələr” əsas rəqibi “Qarabağ”ı 10 xal qabaqlamaqla (“Qarabağ” bir oyun az keçirib – H.) turnir cədvəlinə liderlik edir.

Rəqiblər üçün “Sabah”a qarşı mübarizə aparmaq həqiqətən çətindir. Müdafiə xəttindəki etibarlılıq, orta sahədəki dinamiklik, hücumdakı məhsuldarlıq və ən əsası, komandanın tətbiq etdiyi sürət digər komandalara baş ağrısı yaradır.

“Qarabağ”ın bəlli oyun modeli var ki, rəqiblərin çoxu bundan xəbərdardır. Üstəlik, mövsüm ərzində cəmlənən yorğunluq, bəzi futbolçuların xarici ölkələrdən təkliflər alması komandanın çıxışına birmənalı təsir edir.

“Zirə”nin futbolçusu, vaxtilə “Qarabağ”ın uğurlar üçün tər tökmüş İsmayıl İbrahimli Sportinfo.az-ın “Sabah”a qarşı oynamaq çətindir, yoxsa “Qarabağ”a qarşı?” sualını bu cür cavablandırıb:

“Bu iki komandanı bir-birindən fərqləndirmək doğru olmaz.

“Qarabağ”ın futbolçuları daha sürətli və keyfiyyətlidir. Onlara qarşı oynamaq çətindir. Onlara qarşı çox diqqətli olmalısan, ən kiçik detala diqqət yetirməlisən.

Eyni sözləri “Sabah”a da aid edə bilərəm. Onlar da hədsiz sürətlidir, hər hücumu təhlükəli olur.

Hər ikisinin üstün cəhətləri kifayət qədərdir. Açıq deyim, həm “Qarabağ”a, həm də “Sabah”a qarşı oynamaq çətindir. Son tura qədər çempionluq yolunda yaxşı mübarizə izləyəcəyik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti