Rəşad Sadıqov indi niyə ehtiyat etməsin?

15:15 Zirə 141
Rəşad Sadıqov indi niyə ehtiyat etməsin?

«Zirə»nin builki işləri yağ kimi getmir hələlik. Müxtəlif çətinliklər yaşayırlar.

Bu, gözlənilməz hal sayılmamalıdır.

Zədəli futbolçularının sayı nədənsə son vaxtlar azalmır.

Digər tərəfdən, qol yollarında sıxıntı yaşayırlar. Bir güllə bahar olmaz, hər dəfə Davit Volkovdan qol gözləməyə dəyməz.

Rəqib müdafiəçilər gürcüstanlı hücumçunu çox yaxşı tanıyır və onu «bağlamaq»dan ötrü nə edəcəklərini bilirlər. Hətta çempionatın ən zəifi olan «Karvan»ın arxa xətt oyunçuları da.

Anatoli Nuriyev o qədər baxımlı keçməyən matçda gözəl qola imza atdı. Qış fasiləsindən sonra «Sabah»dan gəlmiş yarımmüdafiəçi akrobatik zərbəylə «Zirə»ni medallar uğrunda yarışda tutdu.

Əvvəlki klubunda az-az qans qazanan Nuriyev bura gəlməklə sanki azadlığa çıxıb.

Oynamaq üçün ac olduğunu topa hər toxunuşunda hiss edirik. İki-üç həftə ötsün, yaxşı formaya düşəcək və orta sahənin Georgi Papunaşvilidən asılılığını azaldacaq.

Rəşad Sadıqov artıq rəqiblərə ehtiyatla yanaşır. Oyunçulara da bunu təlqin etməyə çalışır.

Niyə qınayırıq, ehtiyatını gözləməlidir. Mövsümün elə çağındayıq ki, hər qarşılaşmadan sürpriz nəticə çıxa bilər.

İndi gözəl futbol göstərməyin qayğısını qalmaq olmaz, nəticə qazanmağın yolun ən təhlükəsiz yolunu tapmaq birinci sırada gəlir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti