"Sabah" və "Qarabağ"ı Premyer Liqanın çox üstündə komandalardı"

21:00 Zirə 191
"Sabah" və "Qarabağ"ı Premyer Liqanın çox üstündə komandalardı"

"Zirə"nin qış fasiləsində heyətinə qatdığı əcnəbilərdən biri də Eren Aydın oldu.

23 yaşlı türkiyəli artıq 6 görüşdə meydanda olub.

"Qartallar"ın formasında baxımlı qolla yadda qalıb.

Bir sözlə, liqaya tanış sima hesab edilə bilər.

Sportinfo.az-a açıqlama verən hücumçu Premyer Liqa ilə bağlı ilkin təəssüratlarını bölüşüb:

"Çox yaxşı rəqiblər var. Xüsusilə "Sabah" və "Qarabağ"ı çox bəyənirəm. Topla inanılmaz oynayırlar.

Bu liqanın çox üstündə komandalardı. Avropa səviyyəsində olduqlarını deməliyəm.

Son 3 mövsümdə liqa çox inkişaf edib. "Qarabağ"ın Çempionlar Liqasında pley-off oynamasının da bunda rolu çoxdur".

Eren "burada qalmağa davam edəcəksənmi" sualına isə qısa cavab verib:

"Türkiyə və Azərbaycan qardaş ölkələrdi. Burada olmaqdan məmnunam. Amma son qərar mövsümün sonunda veriləcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti