"Zirə"nin hücumçusu Eren Aydın Premyer Liqanın 25-ci turunda "Karvan-Yevlax"ı məğlub etdikləri matçdan (1:0) sonra Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq görüşü dəyərləndirib:
"Oyuna çox yaxşı başlamışdıq. Çox sayda qol imkanları yaxaladıq. Amma komanda olaraq fərqlənə bilmədik. Belədə rəqibin müqaviməti artdı. Hətta qol da vurdular. Sadəcə VAR-ın müdaxiləsi ilə qol ləğv edildi. Davamında lazım olan qolu vurub, 3 xalı qazandıq. Çox şükür 3 xalı aktivimizə yazdıq. Belə davam etmək istəyirik".
23 yaşlı türkiyəli oyunçu belə ağır oyun olacağını əvvəldən gözlədiklərini deyib:
"Hamımız görüşün ağır keçəcəyini bilirdik. Açığı, meydançanın durumu da ağır idi. Alışmadığımız meydanda oynamalı olduq. Hər kəs ən yaxşı səviyyədə mübarizəsini apardı və 3 xal qazandıq".
O, buraxılan qolda narahatlıq keçirdiklərini etiraf edib:
"Bəli, narahatlıq yaşadıq. Öz səhvimizdən qol buraxdıq. Yaxş ki, qayda pozuntusu olmuşdu. Hakim VAR-da bunu gördü. Qolu ləğvindən sonra rahatladıq və bir neçə dəqiqə sonra fərqləndik".
XANOĞLAN

