"Zirə" Misli Premyer Liqasının XXV turunda qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax"ı üstələyib.
"Qartallar" Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşmada minimal hesabla qalib gəlib - 1:0. 79-cu dəqiqədə Anatoli Nuriyev fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu - 12-ci sıradadır.
“Karvan-Yevlax” – “Zirə” 0:1

