Bu yay «Zirə»nin mövsümü medalçılar siyahısında olması xeyli dumanlı görünür.
«Turan Tovuz»la aradakı xal fərqi 6-dır indi.
Komanda oyunu ilə üçüncü sıranı haqq edir, amma...
Haimliki problemi aradan qalxmalıdır, yoxsa Rəşad Sadıqovun canı hələ çox yanacaq.
«Qarabağ»la matça yaxşı hazırlaşmışdıdar. Qonaqlara qarşı müəyyən tədbirlər almışdıdar.
«Zirə»nin oyunu 22-ci dəqiqədə, Joni Montielin hesabı açmasıyla «qırıldı». İspaniyalı yarımmüdafiəçinin qol pərdəsini aralamasından bir qədər öncə «Qarabağ»ın qapısına penalti təyin olunmalıydı.
Referi Fərid Hacıyevlə VAR hakimi Nicat İsmayıllının «Zirə»dən niyə xoş gəlmir, bilmirəm. Gördüyüm və əmin olduğum budur ki, ədaləti qoruması gərəkən briqada ev sahiblərinin «vayına oturdu».
Brahim Konatenin cərimə meydançası daxilində yerdə qaldığı epizodda da penalti verilməli idi, Elvin Cəfərquliyevin cinah asmasının istiqamətini dəyişdiyi anda da.
Birinci fraqmentdə Mateus Silva fransalı yarımmüdafiəçini arxadan itələmişdisə, ikincidə «Qarabağ»ın müdafiəçisi topa əllə toxunuş etmişdi.
Meydanda və VAR otağında olan hakimlərin bu epeizodlara fərqli yanaşması düşündürücüdür - bəlkə Rəşad Sadıqovdan «umacaqlar»ı var, ala bilmirlər?
KAMİL

