"Zirə"nin qapıçısı Anar Nəzirov mövsümün sonu karyerasını bitirəcək.
Əslində 41 yaşlı kiper ötən yay bu qərarı vermişdi.
Amma baş məşqçi Rəşad Sadıqovun istəyilə təcrübəli oyunçu daha bir il davam etməli olmuşdu.
"Kəpəz"in yetirməsi bu mövsüm bir görüşdə belə meydana çıxmayıb.
O, artıq getmək vaxtının çatdığını Sadıqova bildirib.
Nəzirov "Zirə"yə qədər "Neftçi", "Turan Tovuz", "Qəbələ" "Standart" və "Sumqayıt" klublarında çıxış edib.
Onun Azərbaycan millisində 4 oyun keçirdiyini də bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ

