“Qalatasaray”ın hücumçusu Azərbaycan klubu üçün bunu etdi

11:00 Zirə 132
“Qalatasaray”ın hücumçusu Azərbaycan klubu üçün bunu etdi

Daha bir ölkənin nümayəndəsi Misli Premyer Liqasının cari mövsümündə qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, bu, 23-cü turun “Zirə” – “Kəpəz” oyununda baş verib.

2:2 hesabı ilə başa çatan matçın 5-ci dəqiqəsində hesabı açan “Zirə”nin oyunçusu Eren Aydın Türkiyənin bu mövsüm fərqlənən ilk futbolçusu olub.

Bununla Türkiyə Azərbaycan çempionatında cari mövsüm vətəndaşı qol vuran 36-cı ölkə olub.

Eren həm də “Zirə”nin heyətində fərqlənən 7-ci xarici ölkə təmsilçisidir. Qəsəbə təmsilçisinin Misli Premyer Liqasında 31 qolundan 27-si Niger, Braziliya, Belarus, Gürcüstan, Fransa, Almaniya və Türkiyə futbolçularının payına düşür.

“Qalatasaray”ın yetirməsi olan Eren Aydın “Zirə”yə ötən ay Ukraynanın “Veres” klubundan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti