Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt"ı qəbul edən "Zirə" 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
"Zirə" - "Sumqayıt" 2:0
Zirə İdman Kompleksinin stadionu, 600 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: İsmayıl İbrahimli, 58 (qeyri-idman hərəkəti) // Höccət Haqverdi, 69 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 76 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Nikola Ninkoviç, 83 (ciddi qayda pozuntusu)
Qollar: Davit Volkov, 28; Ceyhun Nuriyev, 88
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.
“Zirə”
97. Tiaqo Silva
32. Qismət Alıyev (k)
8. İsmayıl İbrahimli
7. Rövlan Muradov
(30. Rikardo Martins, 76)
4. Ruan Renato
25. Enrike Kustodio
9. Davit Volkov
(28. Leroy Mikels, 90+1)
10. Giorgi Papunaşvili
(29. Ceyhun Nuriyev, 63)
5. Ange Mutsinzi
11. Junior Martins
(22. Eren Aydın, 63)
17. Ayron Qomis
(93. Brahim Konate, 76)
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
41. Anar Nəzirov
73. Anatoli Nuriyev
14. Elçin Əlicanov
19. Rüfət Abdullazadə
26. Stefan Aka
20. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (k)
(6. Sedrik Badalo, 63)
9. Aleksandr Ramalinqom
33. Danilo Beskorovaynıy
71. Masaki Murata
80. Keffel Resende
95. Nsana Simon
(10. Nikola Ninkoviç, 63)
11. Aleksa Yankoviç
25. Abdul Raşid Mumini
(72. Rayan Senhadji, 66)
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
29. Emil Mustafayev
24. Sənan Muradlı
21. Nihad Əhmədzadə
75. Nadir Orucov
37. Nihad Orucəli
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç

