Rəşad Sadıqov VACİB AÇIQLAMA verdi, “Şükür Allaha” söylədi

21:30 Zirə 117
Rəşad Sadıqov VACİB AÇIQLAMA verdi, “Şükür Allaha” söylədi

"Zirə" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.

- "Sumqayıt"la qısa müddətdə 3 oyun oynadınız. Əvvəlki iki matçla bu dəfəki arasında xüsusi nə fərq oldu?

- Xüsusi fərq yox idi. Hamısı eyni məcrada keçdi. Onlar hücum fazasında güclüdür. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.

- Sensasiya baş verməsə, yarımfinalda "Turan Tovuz"la qarşılaşacaqsız. Avropaya getmək baxımından yaxşıdır?

- Onların gücü hamıya bəllidir. Mən də sizin kimi yarımfinalda "Turan Tovuz"u daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir bildirə bilərik. İndi "Kəpəz"lə çempionat oyununu düşünəcəyik.

- Çətin perioda girdiyinizi dediniz. Bəs rotasiya üçün əlinizdə geniş heyət var?

- Şükür Allaha ilk oyun idi ki, tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Yetərincə heyətimiz var ki, rotasiya edək. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq şəkildə hamının oynamaq şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti