Premyer Liqa klubundan ayrılması an məsələsidir

2 İyul 2025 02:40 Zirə 991
Premyer Liqa klubundan ayrılması an məsələsidir

Kiyevin "Dinamo" klubu "Zirə"nin futbolçusu Salifu Sumanı heyətinə qatmaq üçün danışıqları davam etdirir.

Sportinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, yerli jurnalist Mixael Spivakovski danışıqların gedişatı haqda onda olan son məlumatı açıqlayıb.

Bildirib ki, "Transfermarkt"ın qiymətləndirməsinə görə, Sumanın dəyəri 1,2 milyon avro olsa da, müzakirələr 1,5 milyon avro ətrafında gedir.

Bəs, Rəşad Sadıqov nə deyir?

21 yaşlı qvineyalı vinger 2023-cü ilin avqustunda "Zirə"yə keçib. Onun klubla müqaviləsi hələ 2027-ci ilin iyununda başa çatacaq.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dünən Suma ilə bağlı duruma toxunub.

O, konkret klub adı çəkməsə də, futbolçusuna ciddi təkliflər olduğunu və hazırda danışıqlar getdiyini təsdiqləyib:

"Hər an razılıq əldə oluna və Suma komandanı tərk edə bilər. Onu heyətində görmək istəyən komandalar avrokuboklarda iştirak edəcəklər və turnirin startına qədər keçidi reallaşdırmağa çalışırlar.

Çünki “Zirə”nin heyətində meydana çıxsa, sonra digər kollektivin formasını yalnız qrup mərhələsində geyinə bilər. Hələ ki, danışıqlar gedir".

"Dinamo" bu mövsüm Ukraynanı Çempionlar Liqasında təmsil edəcək. Kiyev təmsilçisi yarışa təsnifat mərhələsindən başlayacaq.

Artıq bir neçə aydır "Dinamo"nun Sumaya maraq göstərdiyinə dair Ukrayna mətbuatında xəbərlər yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?