“Bəxtimiz gətirmədi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə deyib.
Premyer Liqanın 11-ci turunda “Araz-Naxçıvan”la bərabərə (1:1) qaldıqları oyun barədə danışan forvard hesabda öndə olarkən ikinci qolu vurmadıqları üçün təəssüflənib:
“Oyun bərabər səviyyədə keçirdi. Qapılar qarşısında real qol epizodları yox idi.
Biz şansımızı yaxaladıq və fərqləndik. Hər şey qələbəyə doğru gedirdi.
Sadəcə, bəxtsizliklə üzləşdik və rəqib penalti ilə heç-heçəyə nail oldu”.