“Zirə”nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Omoniya” Bakıda özünü səfərdəki kimi hiss etməyəcək.
“Ağ-yaşıllar”ı dəstəkləmək üçün Nikosiyadan paytaxtımıza 30-a yaxın azarkeş təşrif buyuracaq. Azərbaycanda yaşayan yunan və kiprlilərin də onlara qoşulacağı gözləniləndir.
Bununla bağlı meydan sahibi “Zirə”yə məlumat verilib.
Kiprli həmkarlarımız da cümə axşamı “Dalğa Arena”da iş başında olacaq. Nə az, nəx çox, 6 nəfər matçı işıqlandırmaq üçün akkreditasiyadan keçib.
Ötən həftə GSP stadionunda keçirilmiş ilk matç 6:0 hesabı ilə “Omoniya”nın xeyrinə başa çatıb.
Avqustun 29-da “Dalğa Arena”da baş tutacaq cavab dueli 20:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

