Azərbaycan Premyer Liqasında IV turun son görüşü "Zirə" və "Şamaxı" arasında keçirilib.
Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 16-cı dəqiqədə Leroy Mikels “Zirə”nin qapısından keçirib. Onun “Sabah”ın hücumçusu Coy Lens Mikelsin kiçik qardaşı olmasını qeyd edək.
Zirə İdman Kompleksinin stadionu, 650 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov
Dördüncü hakim: Rəşad Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqə: Eldar Quliyev, 88 (qeyri-idman hərəkəti); Abbas İbrahim, 90 (hakimin qərarına etiraz) //İlkin Muradov, 23 (qeyri-idman hərəkəti); Belajdi Pusi, 69 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 73 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 81 (texniki zona qaydalarını pozduğuna görə)
Qol: Leroy Mikels, 16
Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 7 dəq.
|
“Zirə” 97. Tiaqo Silva |
“Şamaxı” Baş məşqç: Ayxan Abbasov |

