“Zirə” adını 59 illik tarixə yazdırdı

25 Avqust 2024 18:35 Zirə 2 270
“Zirə” adını 59 illik tarixə yazdırdı

“Zirə” Nikosiya səfərində 0:6 hesabla məğlub oldu.

Təmsilçimiz bununla da adını “Omoniya”nın 59 illik tarixinə yazdırdı.

Avrokubok mübarizəsinə 1965/66 mövsümündə “Olimpiakos”la oyunlarla start verən kiprlilər 1965-ci ildən bu yana klub turnirlərində 171 oyun keçirmişdi.

İndiyə qədər böyük hesablı qələbələri 5 top fərqi ilə olmuşdu – 6:1, 5:0 və sair.

“Omoniya” avrokuboklarda iştirak etdiyi son 59 ildə ilk dəfə 6 top fərqi ilə qalib gəlməklə klub turnirlərindəki ən böyük hesablı qələbə rekordunu yenilədi.

Komandalar arasındakı cavab görüşü avqustun 29-da “Dalğa Arena”da keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!