"Təəssüflər olsun ki, "Zirə" özündə deyildi.
Taktiki və mental olaraq futbolçularımız rəqibin üstünlüyünü qəbul etdi.
Komandamızın nə oynadığı bəlli deyildi. Rəşad Sadıqov isə seyrçi mövqeyində qaldı.
Əvəzetmələri heç bir nəticə vermədi. "Zirə"nin böyüməsi üçün belə nəticələrdən dərs çıxarmaq lazımdır"
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Omoniya"-"Zirə" (6:0) matçı barədə danışıb, komandamızın böyükhesablı məğlubiyyəti haqda şərhlər verib.
Oyun, futbolçu keyfiyyəti olaraq ev sahiblərinin üstün olduğunu deyən Elçin Cəfərov matç sırasında "Zirə"nin əl-qolu bağlı durumuna çox üzüldüyünü bildirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

