“Azərbaycan komandasını udmaq üçün nə etmək lazımdır?”

22 Avqust 2024 20:20 Zirə 979
“Azərbaycan komandasını udmaq üçün nə etmək lazımdır?”

Kipr "Omoniya"sının futbolçusu Velko Simiç Konfrans Liqasının pley-off mərhələsində "Zirə" ilə ilk oyun öncəsi fikirlərini bildirib.

Sportinfo.az Omonoinews.com-a istinadən xəbər verir ki, o, Bakı klubunun keyfiyyətli rəqib olduğunu deyib:

"Qarşıda bizi çətin oyun gözləyir. İnanıram ki, öz oyunumuzu oynasaq, uğur qazanacağıq.

Müsbət nəticə üçün nə etmək lazımdır? İndiyə kimi olan oyunumuzu davam etdirmək.

Müdafiədə inamlı oynayıb, hücumda yaradıcı və dinamik olmalıyıq. Bu gün mstadionun tam dolacağını gözləyirəm.

Bu da bizə turnirin liqa mərhələsinə vəsiqə qazanmağımıza kömək edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!