Yerlilər penaltiləri niyə boşa verdi? - Qapıçı bir-bir izah etdi

22 Avqust 2024 20:40 Zirə 1 610
Yerlilər penaltiləri niyə boşa verdi? - Qapıçı bir-bir izah etdi

“Zirə”ylə “Osiyek” arasındakı Bakıda görüşün taleyi penalti seriyasında həll olundu.

Rəqibin 4 zərbəsini dəf edən Tyaqo Silva gecənin qəhrəmanına çevrildi.

Oyun başa çatandan sonra yerli futbolçuların üzgünlüyü hardasa anlaşılan idi. Topa yaxınlaşan üç azərbaycanlı – Qismət Alıyev, Ceyhun Nuriyev və Məqsəd İsayevin heç biri hədəfi dəqiq nişan ala bilməmişdi.

Əvəzində, legionerlərdən Tyaqo “çərçivə”də inamlı göründü, Ruan Renato ilə Rafael Utziq isə qapı torunu silkələməyə nail oldu.

Maraqlıdır, azərbaycanlı futbolçulada həlledici anlarda nə çatmır? Əcnəbi futbolçularda xüsusi nə var ki, bizimkilərdə yoxdur?

Sualı mütəxəssis qismində “Zirə”nin qapıçısı Tyaqo Silvaya ünvanladıqda, cavabı belə oldu:

“Belə məqamda futbolçuları statusa bölməyin tərəfdarı deyiləm. Təbii ki, obyektiv səbəbləri var idi.

Qismət oyunda penalti vurmuşdu deyə, qapıçı həmin istiqaməti müəyyənləşdirmişdi. Adətən bir futbolçu ikinci penaltini vuranda eyni nöqtəni nişan alır. Bu dəfə də elə oldu.

Ceyhun ötən dəfə topu tən ortaya vurmuşdu deyə, qapıçı özü üçün qeyd götürmüşdü. Çünki analizlər zamanı qapıçılar özləri üçün müəyyən götür-qoylar edir.

Məqsədə gəlincə, zərbəsi çox yaxşı idi, küncü nişan almışdı. Sadəcə, qapıçı inamlı oynadı. Başqa səbəb axtarmağa dəyməz”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA