“Zirə”nin rəqibi ilə bağlı TƏHLÜKƏ SAÇAN mənzərə

22 Avqust 2024 19:40 Zirə 988
“Zirə”nin rəqibi ilə bağlı TƏHLÜKƏ SAÇAN mənzərə

Konfrans Liqasının əsas mərhələsini hədəf seçən “Zirə” bu gün növbəti oyuna çıxacaq.

“DAC 1904”lə “Osiyek”i mübarizədən kənarlaşdıran qəsəbə təmsilçisinin bu dəfəki rəqibi “Omoniya”dır.

Avrokubokların mütəmadi iştirakçısı olan Kipr təmsilçisi son 4 ildə 3 dəfə qrup mərhələsində çıxış edib. Yalnız ötən il Konfrans Liqasında mübarizəni erkən – 3-cü təsnifatda dayandırıb.

Buna baxmayaraq, “ağ-yaşıllar”ın son 2 ildəki çıxışı təhlükə saçır.

“Zirə”nin rəqibi ötən mövsüm Konfrans Liqasında 4 oyun keçirib. “Qəbələ”ni hər 2 matçda məğlub edib (3:2, 4:1), “Midtülland”ı Nikosiyada udub və yalnız səfərdəki yenilgiyə görə kənarda qalıb – 1:0, 1:5.

Cari mövsümdə 2-ci təsnifat mərhələsində Kutaisi “Torpedo”sunun qapısından ümumilikdə 5 top keçirib – 2:1, 3:1. Növbəti etapda “Fehervar”ın qapısına ilk oyunda 1, cavab görüşündə 2 cavabsız qol vurub.

Bu, o deməkdir ki, “Omoniya” avrokuboklarda keçirdiyi son 8 duelin 7-ni qələbə ilə başa vurub, yalnız 1-də məğlub olub.

Bu müddətdə doğma meydanda keçirdiyi 4 oyunun hamısında qələbəyə sevinib ki, “Qəbələ”, “Midtülland”, “Torpedo” və “Fehervar” Kiprdən yenildi ilə ayrılıb.

“Zirə”ni səfər qarşılaşmasında kifayət qədər ciddi sınaq gözlədiyini “ağ-yaşıllar”ın öz meydanında keçirdiyi oyunlardakı nəticələrdən görmək mümkündür. Ümid edək ki, “qartallar” vətənə sərfəli nəticə ilə dönməyi bacaracaq.

Avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir həftəsonra baş tutacaq cavab qarşılaşmasının start fiti isə 20:00-da səslənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA