GÜNÜN NƏBZİ - Azərbaycan komandasını qarabaqara izləyən ƏLAVƏ PROBLEM

22 Avqust 2024 19:00 Zirə 952
GÜNÜN NƏBZİ - Azərbaycan komandasını qarabaqara izləyən ƏLAVƏ PROBLEM

Konfrans Liqasında mübarizə aparan “Zirə” bu axşam təzyiqi təkcə “Omoniya”dan yox, həm də tribunalardan hiss edəcək.

Bu dəqiqəyə qədər 17 minə yaxın bilet satılıb.

Matç saatına qədər sayın 20 minə çatacağı ehtimal olunur.

Əvəzində, “Zirə” dəstəksiz qalacaq.

Slovakiyada və Macarıstandakı qarşılaşmalarda tribunalarda 5-10 azərbaycanlıya rast gəlmək mümkün idisə, “qartallar” bu imkandan da məhrum olub.

Səbəb Kiprdə azərbaycanlıların yaşamamasıdır. Daha doğrusu, çox az sayda soydaşımız var ki, aralarında futbola maraq göstərənlər yoxdur.

Bu, hər zaman belə olub. Təmsilçilərimiz Kipr səfərinə yollananda, azarkeş dəstəyindən məhrum olub.

Avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir həftə sonra baş tutacaq cavab qarşılaşmasının start fiti isə 20:00-da səslənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!