Azərbaycan klubuna görə narahatlıq yarandı: “Diqqətli olun, aqressiv davranmayın”

22 Avqust 2024 16:20 Zirə 1 283
Azərbaycan klubuna görə narahatlıq yarandı: “Diqqətli olun, aqressiv davranmayın”

Konfrans Liqasının pley-off mərhələsinin Nikosiyada “Omoniya” və “Zirə” ilə klubları arasında keçiriləcək oyundan öncə ev sahibləri azarkeşlərə müraciət edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kipr klubu müraciətində azarkeşlərini diqqətli olmağa və aqressiv davranış nümayiş etdirməməyə çağırıb.

"Omoniya”ya UEFA tərəfindən şərti cəza verildiyinə görə, ən kiçik qayda pozuntusu GSP stadionunun qərb tribunasının bağlanmasına səbəb olacaq.

"Omoniya" - "Zirə" matçı bu gün adıçəkilən arenada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!