Futbolçu belə olar! - “Çelsi”, ya da MY olsun, heç bir rəqibdən çəkinmirik”

22 Avqust 2024 14:40 Zirə 1 001
Futbolçu belə olar! - “Çelsi”, ya da MY olsun, heç bir rəqibdən çəkinmirik”

Avrokuboklarda uğurlu çıxışla yadda qalan “Zirə” Konfrans Liqasının qrup mərhələsinin bir addımlığındadır.

“DAC 1904”lə “Osiyek”i mübarizədən kənarlaşdıran “qartallar” pley-off mərhələsində “Omoniya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Sözsüz, kağız üzərində Kipr təmsilçisi favorit göstərilir. Lakin qəsəbə təmsilçisinin cari mövsümdə sərgilədiyi oyun və qazandığı nəticələr yaxın gələcəyə ümidlə baxmağa imkan verir.

Komandanın əsas silahlarından olan Tyaqo Silva Sportinfo.az-a açıqlama verib.

Portuqaliyalı qapıçı “çərçivə”də olduğu kimi, diktofon önündə də inamlı çıxışla diqqət çəkib:

“Omoniya” ilə oyunlardakı şansımız “Osiyek”lə matçlarda olduğu kimi. Etiraf edək ki, cütün favoriti yenə rəqib göstərilir. Bu da anlaşılandır. Çünki avrokuboklarda böyük təcrübəyə sahibdirlər, büdcələri kifayət qədər böyükdür.

Bura qədər gəlib çıxmışıqsa, davamını gətirmək istəyirik. Meydanda üz-üzə mübarizə aparacağıq.

“Omoniya” olsun, yaxud “Çelsi” və ya “Mançester Yunayted”. Heç bir rəqibdən çəkinmirik. Qrupa vəsiqə qazanmaq üçün Konfrans Liqasının finalını hədəf seçməliyik.

İnanıram ki, bu mərhələni də keçməklə “Zirə”nin və Azərbaycan futbolunun adını uca tutacağıq”.

Avqustun 22-də GSP stadionunda keçiriləcək “Omoniya” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA