"Bu, "Omoniya"nın oyununda hiss olunur" - Rəşad Sadıqov

21 Avqust 2024 20:50 Zirə 906
"Bu, "Omoniya"nın oyununda hiss olunur" - Rəşad Sadıqov

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda sabah Nikosiyada keçiriləcək “Omoniya” – “Zirə” oyunöncəsi mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı oyunla bağlı fikirlərini bildirib.

“Sabah bizi çox vacib, maraqlı oyun gözləyir. Artıq iki aydır ki, avrokuboklarda çıxış edirik. Sabah pley-offun ilk oyununda çıxış edəcəyik. Rəqibimiz təcrübəli və keyfiyyətli komandadır. Azərbaycan futbol ictimaiyyətinə tanış rəqibdir. İstər “Qarabağ”la, istərsə də “Qəbələ” ilə oyunlardan xatırlayırıq bu komandanı. Son dönəmdə məşqçi heyətində dəyişiklik baş verib və bir neçə yeni transferləri var. Bu, komandanın oyununda hiss olunur. Düşünürəm ki, azarkeşləri sabah maraqlı və gərgin oyun gözləyir”.

Qeyd edək ki, “Omoniya” – “Zirə” matçı sabah saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA