“Peşəkar futbolçu 3 gündən bir oynaya bilər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev deyib.
Premyer Liqasının III turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.
"Qartallar" Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.
Bundan əlavə, IV turunda “Şamaxı” – “Zirə” matçı ilə XII turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.
Nuriyev “ağır qrafikdə çıxış edirsiz, "qəza" etmək qorxusu varmı” sualna cavabında söyləyib:
“Yaxşı təlim-məşq toplanışı keçmişik. Ona görə də belə bir qorxumuz yoxdur.
Ağırlıq hiss olunur. Lakin öhdəsindən gələ bilməyəcəyimiz həddə deyil”.

